İngiltərənin Morgan şirkəti İtaliyanın Pininfarina atelyesini kiçik seriya ilə buraxılacaq zərif avtomobili yaratmaq üçün müraciət edib.
Fins.az xəbər verir ki, Morgan Midsummer barkettası Morgan Plus Six seriya rodsterinin şassisinə əsaslanır və 50 nüsxəlik tirajla buraxılacaq.
Tamamilə orijinal kuzov panelləri alüminiumdandır və onların forma alması üçün 250 saatdan çox vaxt sərf edən Pininfarina mütəxəssisləri tərəfindən əl ilə hazırlanır. Tamölçülü ön şüşənin əvəzinə qısaldılmış küləyə qarşı şüşələr quraşdırılıb, dam örtüyü isə, ümumiyyətlə nəzərdə tutulmayıb. Digər xüsusiyyətlər arasında bolluca xrom və “bağlı” dizaynlı unikal 19 düymlük təkər diskləri var. Disklərə Michelin Pilot Sport 5 şinləri taxılıb ki, bu da hər təkərdə 3 kiloqram çəkiyə qənaət etməyə imkan verib.
İnteryerin yaradılmasında da əl əməyidən fəal şəkildə istifadə edilib.
Morgan Midsummer barkettasının ictimai debütü Qudvudda keçiriləcək Sürət Festivalında baş tutacaq. 50 nüsxədə buraxılacaq barkettanın bütün tirajı artıq sifariş olunub. Əmtəə avtomobillərinin istehsalına cari ilin üçüncü rübündə başlanacaq və gələn ilə qədər davam edəcək. Qiymət açıqlanmayıb, lakin ingilis mətbuatı Midsummer barkettasının qiymətinin 152-190 min dollar arasında olduğunu bildirir.
Fuad Mədətov
Fins.az