Bentley şirkəti yeni Continental GT modeli yalnız nominal olacaq.
Fins.az xəbər verir ki, Yeni Continental GT adi “dördgözlü” optikanın əvəzinə “kirpikləri” olan yeni oval ön fənərlərə malikdir. Arxa fənərlər müəyyən qədər nazikləşiblər ki, bu da arxa hissəni vizual olaraq genişləndirir. Ön və arxa bamperlər dəyişdirilib, üstəlik, buraxılış sisteminin çıxış borularının formasına yenidən baxılıb.
İki turbokompressorlu V8 mühərrikdən və ötürmələr qutusuna quraşdırılmış elektrik mühərrikindən ibarət olan Ultra Performance Hybrid güc qurğusu 782 at qüvvəsi və 1000 Nm hasil edir.
Nominal yanacaq sərfiyyatı 100 kilometrə 2,2 litr səviyyəsində olmalıdır.
Yeni Bentley Continental GT kupesi idarələnən dartma vektoru olan tam ötürməni (əvvəllər yalnız GT Speed versiyasında elektron idarə olunan differensial kilid var idi), tam idarə olunan şassini və 48 voltluq aktuatorları olan aktiv stabilizatorları alacaq.
Avtomobilin təqdimatı iyun ayına planlaşdırılıb.
Fuad Mədətov
Fins.az