AVTO

27 May

Seat Leon yenilənib

Seat brendi altında buraxılan Leon modelini yeniləyib.

Fins.az xəbər verir ki, Seat Leon modelinin xarici görünüşü heç dəyişməyib. Belə ki, yeganə yenilik - əlavə ödənişlə təklif olunan daha mükəmməl matrisa fənərləridir. Lakin vizual olaraq yeni fənərlər əvvəlkindən heç də fərqlənmirlər.

Lakin Cupra modelinin ardınca Leon modelinin interyer də təkmilləşdirilib. Ölçüsü eyni qalsa da (10,25 düym), dəyişdirilmiş qrafikaya malik olan yeni cihazlar paneli peyda olub. Baza mərkəzi ekranının ölçüsü 8,25-dən 10,4 düymədək artıb.

Fuad Mədətov
Fins.az