AVTO

22 May

Məhdud sayda istehsal olunacaq Grenadier 1924 ofrouderi təqdim olunub

INEOS Automotive şirkəti məhdud sayda istehsal olunacaq Grenadier 1924 ofrouderini təqdim edib.

Fins.az xəbər verir ki, xüsusi versiyanın adındakı 1924 rəqəmi dözümlü gödəkçələri və motopaltarlar sayəsində şöhrət qazanmış Belstaff ingilis geyim markasının yaradılması tarixinə və 100-illik yubileyinə işarədir. Xüsusi buraxılış Fieldmaster təchizatına əsaslanır.

Avtomobil ikirəngli Magic Mushroom/Inky Black boyama sxeminə, eksklüziv 17-düymlük təkər disklərinə və tündəldirilmiş radiator barmaqlığına malikdir. Ofrouderin salonunda alıcıları tünd yaşıl dekor və qara yəhər dərisi ilə işlənmiş sükan çarxı gözləyir.

Mühərrik çeşidi adi Grenadier ilə eynidir: altısilindrli BMW B58 benzin və B57 dizel mühərrikləri arasında seçim imkanı var. Birinci halda, hasilat 286 at qüvvəsi və 450 Nm, ikinci halda isə, 249 at qüvvəsi və 550 Nm olacaq.

Yalnız yeganə ötürmələr qutusu var - gücləndirilmiş hidrotransformatoru və mexaniki rejimi olan səkkiz pilləli ZF “avtomatı”. Tam ötürmə sistemi iki pilləli Tremec paylayıcı qutuya (2,5:1 nisbətində) və mərkəzi differensialın kilidinə malikdir.

Grenadier ofrouderinin cəmi iki sabit təzhizat səviyyəsi var: Fieldmaster və Belstaff gödəkçələrindən birinin adını daşıyan Trialmaster. Üstəlik, rahat Fieldmaster versiyasından fərqli olaraq, Trialmaster daha çox ofroud üçün nəzərdə tutulub.

Buna görə də, ofrouder ön və arxa Eaton differensial kilidləri, BFGoodrich All-Terrain T/A KO2 şinləri, şnorkel, xarici “boşaltma qurşaqları” və əlavə akkumulyatorla təchiz olunub. Grenadier ofrouderinin Böyük Britaniyadakı satış qiymətləri 64,500 funt sterlinqdən başlayır. Lakin 1924 versiyası çox güman ki, məhdud sayda buraxıldığına görə daha bahalı olacaq.