AVTO

21 May

"Honda" elektrikli avtomobillərə sərmayə qoyacaq

"Honda" elektrikli avtomobil texnologiyalarına investisiyalarını təxminən 65 milyard dollar artıracaq.

Fins.az.az xəbər verir ki, bu barədə "Honda" elektrikə keçid təşəbbüsləri və investisiya strategiyası ilə bağlı keçirdiyi qlobal toplantıda gələcək planlarını açıqlayıb.

Məlumata görə, şirkət 2050-ci il karbon neytral hədəfinə doğru addımlayır.

"Honda", elektrikli avtomobil (EV) və yanacaq hüceyrəli elektrik avtomobili (FCEV) məhsul çeşidinin 2030-cu ilə qədər qlobal avtomobil satışlarının 40 faizini təşkil edəcəyini gözləyir və bu müddət ərzində 2 milyondan çox elektrikli avtomobil istehsal etməyi planlaşdırır.