AVTO

20 May

Honda hidrogenlə işləyən yeni modelini nümayiş etdirəcək

Honda hidrogen yarı yük avtomobil

“Honda” Las-Veqasda (ABŞ) təmiz orta və ağır yük maşınlarına yönəlmiş illik sərgidə builki “Advanced Clean Transportation Expo” sərgisində hidrogen yarı yük avtomobil konseptiylə debüt edir.

“Honda” bir çox Yapon avtomobil istehsalçılarında olduğu kimi elektrikləşdirmədə bir qədər ləng işləsə də, lakin 2021-ci ilin aprelində şirkətin CEO-su Toşihiro Mibenin rəhbərliyi altında Honda sürətlənməyə başlayıb.

Hazırda “Honda” hidrogenlə işləyən, yoldakı ən ağır nəqliyyat vasitəsi olan 8-ci sinif tam yük maşını konseptini nümayiş etdirir.

“Honda”nın yanacaq hüceyrəli yük maşını indiyə qədər sadəcə bir konseptdir və təfərrüatlar baxımından olduqca yüngüldür, lakin “Honda” ondan kommersiya avtomobilləri, istehlak avtomobilləri, stasionar elektrik stansiyaları və tikinti avadanlığı daxil olmaqla daha böyük hidrogen strategiyasının bir hissəsi kimi istifadə etməyi planlaşdırır.

“Honda” yeni avtomobilinin  istehsalının planlaşdırdığına dair tarix açıqlamayıb.

Fuad Mədətov
Fins.az