Amerika avtomobil istehsalçısı “Tesla Inc.” Şanxayda yeni giqafabrika tikmək üçün icazə alıb. Bu barədə Şanxay Pilot Azad Ticarət Zonasının yeni Linqanq bölgəsinin Ərazi İdarəetmə Komitəsi məlumat yayıb.
“Tesla”-nın ABŞ-dan kənarda ilk enerji akumulyatorları istehsal edən meqa layihəsi olaraq, yeni Linqang bölgəsində yerləşən giqafabrikanın 2025-ci ilin birinci rübündə kütləvi istehsala başlayacağı gözlənilir.
Fins.az xəbər verir ki, ilkin mərhələdə bu giqafabrikin illik ümumi elektrik enerjisi saxlama həcmi təxminən 40 GVt/saat olan 10 min “Meqapaket” enerji saxlama cihazı istehsal etməsi planlaşdırılır.