AVTO

10 May

“Avropa Çindən elektrik avtomobil idxalına sərt mövqe tutmalıdır”, U.Leyen

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen deyib ki, Avropa Çindən subsidiyalaşdırılan elektrik avtomobil idxalına qarşı sərt mövqe tutmalıdır.

Fins.az xəbər verir ki, Almaniyanın paytaxtı Berlində keçirilən Xristian Demokratik Birlik Partiyasının (CDU) 36-cı Növbəti Baş Assambleyasında etdiyi çıxışında U.Leyen deyib: “Avropa Çindən gələn elektriklə işləyən avtomobillərin bolluğundan qorunmalıdır.

Aİ ilə Çin arasında iqtisadi rəqabət ədalətli olmalı və balanssızlıqlar aradan qaldırılmalıdır. Ədalətli rəqabət yaxşıdır. Sevmədiyimiz odur ki, Çin bazarımızı yüksək subsidiyalı elektrikli avtomobillərlə doldurur. Bununla mübarizə aparmalıyıq və sənayemizi qorumalıyıq”.

Xatırladaq ki, Aİ 2023-cü ilin oktyabrında Çindən Aİ-nə üzv ölkələrə idxal edilən elektrik avtomobillərinin "bazarı təhrif etdiyi" əsas gətirilərək araşdırma başlayıb.

Bir tərəfdən Aİ Çini iqtisadi və sistemli rəqib, digər tərəfdən, ittifaqın tərəfdaşı kimi görür.

Qeyd edək ki, ixrac yönümlü iqtisadiyyatlara malik Avropa İttifaqı illərdir Çinin qlobal iqtisadiyyata açılmasının ən böyük faydalananlarından biri olub. Amma son zamanlar avtomobillərdə ən yeni texnologiyaların Çindən gəlməsi və rəsmi Pekinin qitə ilə müqayisədə daha ucuz istehsalı Avropada narahatlıq yaradıb.