ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla-nın sahibi İlon Mask, avtopilot texnologiyasının təkmil versiyası olan avtonom idarəetmə texnologiyasını işə salmaq üçün ikinci ən böyük bazarı olan Çindən icazə alıb.
Fins.az xəbər verir ki, məsələyə yaxın mənbələr Çinə səfər edən Maskın müəyyən şərtlərlə təsdiqləndiyini bildirib. Teslanın 2 mühüm çətinliyin öhdəsindən gəldiyi bildirilib. Çin texnologiya nəhəngi Baidu tərəfindən təqdim edilən xəritələşdirmə və naviqasiyaya əsaslanan avtonom sürücülük xidmətlərindən istifadə etmək və məlumat təhlükəsizliyi və məxfilik ilə bağlı tələb olunan tələblərə cavab vermək.
Çində avtonom sürücülük texnologiyasını işə salmaq üçün siyasi səlahiyyətlilərlə danışıqlar aparan Mask, Çinin baş naziri Li Jiang ilə görüşən Li, görüş zamanı Çinin geniş miqyaslı bazarının hər zaman xarici şirkətlərə açıq olacağını və daha çox təmin edəcəklərini ifadə edib.
Qeyd edək ki, bu xəbərdən sonra Tesla səhmləri 12 faiz bahalaşıb.
Günel Məlikzadə
Fins.az