AVTO

25 Aprel

"Boeing" uçan avtomobillər istehsal edəcək

Gündəmdə qalan “Boeing” şirkəti rəsmi olaraq uçan avtomobil istehsal etməyə qərar verib.

Fins.az xəbr verir ki, 2030-cu ilə qədər rəsmi satışa çıxarılması gözlənilən məhsul üçün intensiv Ar-Ge fəaliyyətlərinə başlanıldığı bildirilir.

Böyük xərc tələb etdiyi təxmin edilən layihənin müvəffəqiyyətli olacağı təqdirdə Boeing-in səhm dəyərinə çox müsbət təsir edəcəyi gözlənilir. Texnologiya dünyasında bomba kimi düşən bu inkişaf kartların yenidən paylanmasına səbəb ola bilər. 

İlk mərhələdə xüsusilə sıx məskunlaşan şəhərlərdə istifadə ediləcəyi bildirilən uçan avtomobilin nəqliyyat sıxlığını böyük ölçüdə azaltması gözlənilir. Şirkətin top menecerlərindən biri olan Todd Citron iddiaları təsdiqləyib və uğur qazanacaqlarına əmin olduqlarını vurğulayıb. Nəqliyyat vasitəsinin ətraf mühitin qorunması baxımından faydalı texnologiyalara sahib olacağı da bildirilir. Uçan avtomobilə xüsusi şaquli qalxma və enmə (eVTOL) sisteminin də inteqrasiya ediləcəyi bildirilir.

Elektrikli versiyası olduğu deyilən təyyarə yeni nəsil avtonom istifadə xüsusiyyətləri ilə də gələcək. Bundan əlavə, avtomobilin müxtəlif süni intellekt funksiyalarına sahib olacağı gözlənilir. Lakin kifayət qədər yeni olan bu layihə Amerika başda olmaqla bir çox ölkədən rəsmi təsdiq tələb edir.

Günel Məlikzadə
Fins.az