AVTO

24 Aprel

"Tesla"nın xalis mənfəəti nə qədər olub?

Tesla bu ilin birinci rübü üçün balans hesabatını açıqladı.

Fins.az xəbər verir ki, şirkətin gəliri ilin ilk rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 9% azalaraq 21,3 milyard dollara düşüb. Tesla 2023-cü ilin birinci rübündə 23,3 milyard dollar gəlir əldə edib.

Artan rəqabət və elektriklə işləyən avtomobillərə tələbin azalması səbəbindən azalan şirkətin gəliri sözügedən dövrdə bazar gözləntilərinin altında olub.

Elektrikli avtomobil istehsalçısının xalis mənfəəti ilin birinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 55% azalaraq 1,1 milyard dollara düşüb. Keçən ilin eyni dövründə Teslanın xalis mənfəəti 2,5 milyard dollar olub.

Günel Məlikzadə
Fins.az