AVTO

22 Aprel

Avtomobil istehsalı artıb - TÜRKİYƏ

Türkiyə Avtomobil Sənayesi Birliyi (OSD) 2024-cü ilin birinci rübü üçün istehsal və ixrac rəqəmləri ilə bağlı bazar məlumatlarını açıqlayıb.

Fins.az xəbər verir ki,  ilin ilk rübündə cəmi avtomobil istehsalı keçən ilin eyni dövrünə görə 3% artaraq 377 min 70 ədədə çatıb. Avtomobil istehsalı 7% artaraq 238 min 274 olub. Traktor istehsalı ilə ümumi istehsal 390 min 925-ə çatıb.

İlin birinci rübündə ticari avtomobil istehsalı keçən ilin eyni dövrü ilə müqayisədə yüngül ticari avtomobillər qrupunda 4% və 5% azalarkən, ağır ticari avtomobillər qrupunda istehsal isə 1% artıb.

Bu dövrdə avtomobil sənayesinin tutumdan istifadə nisbəti 77% olub. Avtonəqliyyat vasitələri qrupu üzrə tutumdan istifadə göstəriciləri yüngül avtomobillər (avtomobil + yüngül ticari avtomobillər) üzrə 77 faiz, yük avtomobilləri üzrə 78 faiz, avtobus və midibuslar üzrə 64 faiz, traktorlar üzrə 74 faiz təşkil edib.

Günel Məlikzadə
Fins.az