AVTO

22 Aprel

"Tesla" qlobal miqyasda avtomobil qiymətlərini aşağı salır

Elektrikli avtomobil nəhəngi Tesla, ilk rübdə tədarüklər təxminən dörd ildə ilk dəfə azaldıqdan sonra qlobal miqyasda avtomobillərinin qiymətlərini aşağı salıb.

Fins.az xəbər verir ki, şirkətin Çində Model 3-ün başlanğıc qiymətini 14 000 yuan azaldaraq 231 900 yuana (32 000 dollar) endirdiyi bildirilir.

Almaniyada arxa ötürücülü Model 3 modelinin də fevral ayından bu yana 42 990 avrodan 40 990 avroya (43 670,75 dollar) düşdüyü bildirilir.

Tesla sözçüsü bildirib ki, qiymət endirimləri Avropa, Yaxın Şərq və Afrikanın bir çox başqa ölkələrində də baş verib.

Günel Məlikzadə
Fins.az