AVTO

19 Aprel

\"Dongfeng\" harada istehsal olunacaq?

Yayılan məlumatlara görə, Çinin aparıcı avtomobil istehsalçılarından biri olan Dongfeng, Avropada istehsala başlamaq üçün İtaliya hökuməti ilə sövdələşmə masasına oturdu. Bildirilir ki, istehsal gücünü artırmaq və yeni məşğulluq sahəsi yaratmaq istəyən ölkə bir çox avtomobil istehsalçısına göz yumur.

Fins.az xəbər verir ki, bunların arasında seçilən Dongfeng şirkətinin ildə 100 min istehsal vahidini keçməyi planlaşdırdığını əvvəllər eşitmişdik. Şirkətin bu vəziyyəti bir fürsət olaraq gördüyü və İtaliyada fabrik açmağa çox razı olduğu bildirilir. 

Dongfeng-in Avropa meneceri Qian Xie, son açıqlamasında İtaliya kimi böyük bir bazarda istehsal etmənin onlara çox fayda verəcəyini söylədi və digər Avropa ölkələri ilə çox yaxın ola biləcəklərinin vurğuladı. Bundan əlavə, Xie məşhur italyan markalarının mirasından yararlana biləcəklərini ifadə edib.

Dongfeng ilə italyan rəhbərliyi arasında danışıqların çox müsbət irəlilədiyi bildirilərkən, hətta fabrikin qurulması üçün yer axtardıqları da iddia edildi. Əhəmiyyətli istehsal gücünə malik olduğu deyilən obyektin minlərlə insanı işlə təmin edəcəyi gözlənilir. Çində yüksək qiymətləndirilən yeni Dongfeng modellərinin Avropada da böyük marağa səbəb olacağı gözlənilir. Ümid edirik ki, bu inkişaf günün sonunda istifadəçilərə fayda verəcək.

Sizcə, Dongfeng yeni nəsil elektrikli avtomobilləri ilə Avropada yaxşı satış uğuru qazana bilərmi? 

Günel Məlikzadə
Fins.az