AVTO

23 Fevral

Toyota-nın Avropadakı "hibrid" liderliyi sona çatır?

Toyota xüsusilə Avropa sərhədləri daxilində "hibridlərin kralı" kimi tanınır. Uzun müddətdir hibrid satış siyahısının başında olan yapon istehsalçısı 2023-cü ildə də yerini itirməyib. Bununla belə, son bir ildə öz göstəricilərini əhəmiyyətli dərəcədə artıran digər istehsalçılar Toyota taxtını silkələyirlər.

Fins.az xəbər verir ki, Hibrid bazarda ikinci yeri tutan Renault-dan sonra 2023-cü ildə çox yaxşı nəticə göstərən Nissan gəlir. 2022-ci ilə nisbətən hibrid satışlarını 502 faiz artıran Nissan cəmi 110 904 hibrid model satıb.

Bu rekord artımın arxasında E-Power texnologiyasının böyük payı var. Bu çox populyar texnologiyaya sahib olan yeni Qashqai bu il Nissan-ın ən çox satılan hibrid modeli oldu. X-Trail və Juke də bu modeli izləyir.

Renault cəbhəsində də vəziyyət fərqli deyil. Fransız istehsalçısı ötən illə müqayisədə hibrid satışlarını 62 faiz artıraraq 188 237 ədədə çatdırıb. Clio, Captur, Arkana və Austral kimi yeni modellərin satış artımında böyük payı var. Hibrid siyahının başında 51,730 ədədlə hibrid Austral gəlir.

Lakin Toyota hələ də siyahının başındadır. Toyota hələ də Avropada 1,26 milyon ədəd hibrid satışının təxminən 50 faizini təşkil edir. Ümumi satış rəqəmi 614 159 ədədə çatan yapon istehsalçısı nə üçün "hibridlərin kralı" adlandırıldığını bir daha sübut edə bilib.

Qeyd edək ki, Avropada satılan hər iki hibrid modeldən biri hələ də Toyota loqosunu daşıyır.

Günel Məlikzadə
Fins.az