AVTO

21 Fevral

Ford-dan endirimli "Mustang" modelləri

ABŞ-ın ikinci ən böyük avtomobil istehsalçısı olan Ford Motor, rəqibi Tesla-nın etdiyi qiymət endirimləri ilə rəqabət aparmaq üçün Mustang Mach-E elektrik avtomobillərinin qiymətini 8,100 dollar azaldıb. Ford, premium elektrik avtomobillərinə tələbin azalması səbəbindən elektrik Mustang qiymətlərini endirdi.

Fins.az xəbər veir ki, qiymətlərin azaldılması Mach-E-nin 3750 dollar vergi krediti üçün uyğunluğunu itirməsindən və tam elektrikli SUV-nin satışının yanvar ayında 2023-cü ilin eyni ayı ilə müqayisədə 51 faiz azalmasından sonra baş verib. Ümumilikdə elektrikli avtomobil satışları ötən ilin yanvar ayı ilə müqayisədə 11 faiz azalıb.

Ford Credit həmçinin ixtisaslı alıcılar üçün 72 aylıq maliyyələşdirmə və icarəyə götürənlər üçün 7500 dollar pul mükafatı da daxil olmaqla bir neçə fayda paketi təklif edir. Bu əlavə stimul, Ford Creditin artıq istehlakçılara verdiyi vergi kreditinə əlavədir.

"Mustang Mach-E 2023-cü ildə Amerikanın 2 nömrəli elektrikli yolsuzluq avtomobili oldu. Satış artımı və müştəri məmnuniyyətini artırmaq üçün bazara uyğunlaşmağa davam etdiyimiz üçün modellərimizin qiymətlərini yenidən tənzimləyirik", - Ford Motor şirkətinin sözçüsü Marty Günsberq açıqlamasında bildirib. 

Günel Məlikzadə
Fins.az