Alman avtomobil şirkəti Volkswagen yeni modelləri üçün bir dövrün sonuna işarə edir. Xüsusilə mexaniki sürət qutusunu sevən istifadəçiləri narahat edəcək bu xəbərlə trek üçün Golf R alan istifadəçilərin sayında azalma ola bilər.
Fins.az xəbər verir ki, Avropa və Türkiyədə avtomobil mədəniyyəti dedikdə ilk ağıla gələn markalardan biri də Volkswagendir. Alman brendinin hər iki regionda böyük fanat bazası var. Bununla əlaqədar olaraq traslarda istifadə üçün Golf R və GTI kimi xüsusi versiya avtomobillər alınır.
Bu səbəbdən bir çox istifadəçi Golf R kimi sürətli hetçbek avtomobilləri alarkən mexaniki transmissiya seçmək istəyir. Bu sayədə avtomobilin mühərrikində və transmissiyasında modifikasiyalar daha asan şəkildə edilə bilər və çox sürətli olmasına baxmayaraq sonsuz problemləri olan DSG transmissiyasının qorxusu yoxdur.
Bununla belə, Volkswagen-in son nəsil Golf R üçün verdiyi qərarla işləri bir az da pisləşdirdiyini söyləyə bilərik. Marka artıq mexaniki ötürmə variantları olan Golf R və Golf GTI modellərinin olmayacağını bildirdi. Baxmayaraq ki, bu məsələ Golf R üçün kədərlidir, lakin qeyd etməliyik ki, Golf modellərində hələ də əl ilə seçim var.
Günel Məlikzadə
Fins.az