AVTO

17 Yanvar

Maskdan Tesla mesajı

Space X və Tesla-nın baş icraçı direktoru (CEO) İlon Mask, sosial media platformasındakı paylaşımında, genişlənməni "təhlükəli" hesab etdiyini söylədi.

Fins.az xəbər verir ki, milyarder sərmayəçinin açıqlaması Delaver ştatında Tesla səhmdarının ona qarşı qaldırdığı iddianın davam etdiyi bir vaxtda gəlib.

Hal-hazırda Tesla səhmlərinin yalnız 13 faizinə nəzarət edən Mask, "15 faiz və ya daha aşağı pay nisbətlərinin şirkətin nəzarətinin başqalarına keçmə riskini artırdığını" vurğuladı.

İlon Mask "Əgər səhmlərin 25 faizinə sahibəmsə, bu, (şirkətin idarəçiliyində) təsirli olduğum anlamına gəlir. Bunu aradan qaldırmaq üçün yalnız payımdan iki dəfə böyük olan səhmdarlar mənə qarşı səs verməlidirlər" dedi.

2022-ci ilin oktyabrında İlon Mask əvvəllər Twitter kimi tanınan X platformasını almaq üçün Tesla-dakı səhmlərinin əhəmiyyətli bir hissəsini 44 milyard dollara satdı.

Günel Məlikzadə
Fins.az