Porsche yeni elektrik avtomobillərində uzun məsafələr təklif etmək üçün çox çalışır. Ən azından Macan EV prototipini sınaqdan keçirən videodan bunu öyrəndik. Video çəkiliş zamanı magistral yolda sınaqdan keçirilən avtomobil 1% şarjla marşrutu tamamlamağı bacarır.
Fins.az xəbər verir ki, istehsalçının Taycan modeli ilə təcrübələri onun ikinci tam elektrikli avtomobildə daha çox təklif etməsinə yol açdı. Lakin Taycanın idman rəftarı onun məsafə baxımından uğurlu oyunçu olmasına mane oldu. Yeni Macan 100 kWh batareyası ilə çox iddialı debüt edəcək.
Taycan maksimum 396 km məsafə ilə 500 kilometrlik "psixoloji" limitdən aşağıdadır. Bununla belə, yeni Macan EV 100 kVt/saat tutumlu akkumulyatorla PPE platformasında istehsal olunacaq. 800 Volt infrastruktura malik akkumulyatorun maksimum 270 kVt doldurma gücü var. Bu halda avtomobil cəmi 22 dəqiqə ərzində akkumulyatorunu 10%-dən 80%-ə qədər doldura biləcək.
Ümumiyyətlə, səyahəti 1% yüklə, sabit 112 km/saat (70 mil/saat) sürətlə, havanın temperaturu 23 dərəcə, kondisioner işə salınmış və ən əsası regenerativ əyləc sönmüş halda tamamladılar. Doldurma stansiyasına çatanda onların səyahəti 5 saatdan çox çəkmişdi və orta sürəti 97 km/saata (60 mil/saat) düşmüşdü.
Ən vacib hissə, diapazonun dəyəri olduqca təəccüblüdür. Sınaq sonunda 519 km yol tamamlanıb və orta enerji sərfiyyatı 18 kVt/100 km olub. Onu Tesla Model Y (Long Range) ilə müqayisə etdikdə , Model Y ideal şəraitdə 499 km məsafəni təklif etdiyini görürük. Belə ki, hələ istehsala hazır olmasa da, Porsche mühəndisləri çox iddialı avtomobil hazırlayırlar.
Günel Məlikzadə
Fins.az