Ford Otosandan KAP-a verilən açıqlamada, həmkarlar ittifaqının Türkiyə Metal Sənayeçiləri Birliyi (MES) ilə Türkiyə Metal Birliyi arasında keçirilən toplu iş müqaviləsi danışıqları prosesində tətil qərarı aldığı bildirilib.
Fins.az xəbər verir ki, Ford açıqlamasında tətil qərarının icra tarixinin daha sonra müəyyən ediləcəyini bildirib.
“Türk Traktör” də oxşar bəyanatla çıxış edib.
Türkiyə Metal Birliyi ilə Metal Sənayeçiləri İşəgötürənlər Həmkarlar İttifaqı (MESS) arasında keçirilən kollektiv danışıqlar prosesində razılığın əldə olunmamasından sonra Türkiyə Metal birliyi tətil qərarı verib. Sövdələşmə təxminən 150 min metal işçisi üçündür.
Mübahisədən sonra MESS 29 dekabr 2023-cü ildə keçirilən 6-cı sessiyada təklifini 50 faizə, 5 yanvar 2024-cü ildə keçirilən 7-ci sessiyada isə 60 faizə qaldırdı. Lakin bu təkliflər Türk Metal tərəfindən qəbul edilməyib.
Günel Məlikzadə
Fins.az