Hyundai Motor Group, Amerikada keçirilən CES 2024 Sərgisində diqqəti cəlb edən elektrik şaquli qalxma və eniş (eVTOL) təyyarəsi konsepti olan SA-2 modelini təqdim etdi. Hyundai-nin aviasiya üzrə ekspert şirkəti olan Supernal ilə birgə hazırlanan bu layihə 2028-ci ildə istifadəçilərlə görüşməyə hazırlaşır.
Hyundai SA-2 eVTOL beş nəfər üçün oturacaq tutumu üçün nəzərdə tutulmuşdur. Onun məqsədi təhlükəsiz, innovativ və sərfəli hava hərəkətliliyi vasitəsi olmaqdır. Əslində şirkətin mobillik yol xəritəsində mühüm addımı təmsil edən bu avtomobil CES 2024 sərgisində təqdim edilib.
Supernal ilə əməkdaşlıqda hazırlanmış SA-2 şaquli qalxma və enmə qabiliyyətinə malikdir və 4 sərnişin daşıya bilir. Hyundai-nin aerokosmik mühəndislik qruplarının üzərində işlədiyi bu konsepsiya avtomobil sənayesinin estetik dizaynını təyyarə və helikopterlərin dinamikası ilə birləşdirir. Bu yolla, sərfəli qiymətə gündəlik sərnişin hava nəqliyyatını təmin etməyi hədəfləyir. Belə ki, hava taksi istifadə üçün uygundur.
eVTOL SA-2 ilkin mərhələdə 25 ilə 40 mil (maksimum 65 km) məsafəyə malik olacaq və xüsusilə kiçik miqyaslı şəhər nəqliyyat ehtiyaclarını ödəyəcək. Saatda 120 mil (193 km/saat) sürətə çata bilən SA-2-nin uçuş hündürlüyü 1500 fut olacaq.
Avtomobilin elektrik mühərriki arxitekturası tam əyilən səkkiz rotor pervanəsindən istifadə edir. Səssiz işləmə xüsusiyyəti ilə seçilən SA-2 ən çətin yerlərdə belə rahatlıqla qalxıb enə bilir. Hyundai bu avtomobili rəsmi olaraq 2028-ci ildə satışa çıxarmağı hədəfləyir.
Günel Məlikzadə
Fins.az