AVTO

09 Yanvar

Rolls-Royce 2023-cü ildə satış rekordu qırıb

Son illərdə premium brendlərin yüksəlişdə olduğunu görürük. “Lüks” deyəndə ağıla ilk gələn adlardan biri də Rolls-Roycedur. Ardıcıl bir neçə il rekord satış rəqəmləri əldə edən istehsalçı, 2023-cü ili 6032 ədəd satışla bağladı və rekordunu yenilədi.

Fins.az xəbər verir ki, Rolls-Royce digər brendlər kimi satış bölgüsü dərc etmir. Ancaq ilk elanda ən çox satılan modelin Cullinan olduğunu öyrəndik. Ghost ikinci yerdədir. Onu da vurğulayaq ki, Cullinan bir müddət Rolls-Royce-un ən çox satılan modeli olub.

İngilis istehsalçısının ən böyük bazarı ABŞ-dır. İkincilik Çinə getdiyi halda, satış rekordlarının Avropa və Asiya-Sakit okean regionunda da qırıldığı bildirilib.

Günel Məlikzadə
Fins.az