AVTO

27 Dekabr

Yapon avtomobil nəhəngləri Taylanda 4,3 milyard dollar sərmayə qoyacaq

Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) üzvü olan Tailand, Çin şirkətlərinin elektromobil bazarındakı təsiri qarşısında ölkədəki yapon istehsalçılarını investisiyalarını artırmağa dəvət edib.

Fins.az xəbər verir ki, Tailand hökumətinin sözçüsü açıqlamasında bildirib ki, Tayland yaxın 5 ildə 4 Yapon avtomobil istehsalçısından yerli elektrikli avtomobil sektoruna 150 milyard baht (4,3 milyard dollar) investisiya gözləyir.
Sözçü bildirib ki, Tailandın baş naziri Srettha Thavisin bu ay Tokioya səfəri zamanı Taylandda elektrik avtomobil istehsalının təşviqində yapon istehsalçılarının rolunu vurğuladı. Müvafiq olaraq, Toyota və Honda-dan hər biri 50 milyard baht (1,4 milyard dollar), Isuzu-dan 30 milyard baht (868 milyon dollar) və Mitsubishi-dən 20 milyard baht (578 milyon dollar) investisiya gözlənilir.

Tailandın baş naziri Srettha Thavisin ASEAN-Yaponiya əlaqələrinin 50-ci ildönümü münasibətilə bu ay paytaxt Tokioda keçirilən sammit çərçivəsində sektorlar üzrə təmaslar keçirib. Srettha yapon istehsal şirkətlərinin rəhbərləri ilə görüşündə bildirib ki, Taylandda sərmayələri olan şirkətlər fəaliyyətlərində tez qərarlar qəbul etməlidirlər.

Günel Məlikzadə
Fins.az