AVTO

26 Dekabr

Geely və Baidu-dan mükafata layiq görülmüş elektrik liftback dizaynı: Jiyue 07

2024-cü ildə satışa çıxarılması planlaşdırılan elektrik modeli Geely-nin SEA platformasında qurulub və Baidu texnologiyalarından istifadə edir.

Fins.az xəbər verir ki, Çinli Geely və Baidu tərəfindən imzalanmış yeni elektrikli liftbek Jiyue 07 bu gün rəsmi olaraq təqdim edildi. Dizaynı kifayət qədər diqqət çəkən model bu iddianı qazandığı mükafatlarla (iF Design Award 2023, Red Dot 2023) dəstəkləyir.

2024-cü ildə Çində satışa təqdim edilməsi planlaşdırılan Jiyue 07 Geely-nin SEA platformasında qurulub. O, avtonom idarəetmə texnologiyasını Baidu-dan alır. Buradakı yazıdan göründüyü kimi, Geely infrastruktur və istehsala cavabdehdir, Baidu isə proqram təminatı, ADAS (qabaqcıl sürücülük yardım sistemləri) və əlaqə texnologiyalarını öz üzərinə götürüb.

Jiyue 07 Jidu Robo-02 konseptinə əsaslanır (marka ilk yarananda Jidu adlanırdı). Avtomobilin ön dizaynı markanın ilk modeli olan Jiyue 01-ə çox bənzəyir. Dairəvi xətlər, boyunca uzanan LED zolağı və Y formalı faralar bu hissədə diqqəti cəlb edən dizayn elementləri arasındadır. Yan tərəfdəki alçaq çiyin xətti və geniş qanadları ilə diqqət çəkən modeldə qapı tutacaqları yerinə sütunlara yerləşdirilən düymələr var.

Jiyue 07-nin giriş səviyyəli versiyası 200 kVt güc istehsal edən elektrik mühərrikinə və 71,4 kVt/saat tutumlu litium-dəmir fosfat katod batareyasına malikdir. 400 kVt gücə malik iki mühərrikli versiyada biz 100 kVt/saat tutumlu NMC, yəni nikel-manqan-kobalt katod batareyasını görürük. Hələlik diapazonu bilinməyən model, Lidar əvəzinə radar və kameralarla işləyən avtonom idarəetmə sisteminə malikdir.

Günel Məlikzadə
Fins.az