ABŞ Baş prokuroru Merrick Garland tərəfindən edilən açıqlamada, Cummins-in yüz minlərlə mühərrikə emissiya azaltma cihazları quraşdıraraq Təmiz Hava Qanununu pozduğuna dair iddiaları qəbul etdiyi və razılığa gəldiyi ifadə edildi.
Fins.az xəbər verir ki, şirkətin 1,7 milyard dollarlıq cərimə ödəyəcəyi bildirilib və bu məbləğin sözügedən qanun pozuntusuna görə bu günə qədər tətbiq edilən ən böyük və ikinci ən böyük ekoloji cəza olduğu qeyd edilib.
Açıqlamada, şirkətin sözügedən cihazları 2013-2019 model 630 min RAM 2500 və 3500 pikap mühərriklərinə quraşdırdığı, 2019-2023 modelində isə 330 min RAM 2500 və açıqlanmayan köməkçi emissiya nəzarət cihazları quraşdırdığı bildirilib.
Günel Məlikzadə
Fins.az