AVTO

23 Dekabr

Tesla ABŞ-da 120 min 423 avtomobilini geri çağırıb

ABŞ Milli Avtomobil Yolları Trafik Təhlükəsizliyi Administrasiyasının (NHTSA) açıqlamasına görə, avtomobil istehsalçısı problemi həll etmək üçün "havadan" (OTA) adlı kabelin istifadəsini tələb etməyən proqram təminatı yeniləməsi edib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, bu çərçivədə Teslanın 2021-2023 model 120 min 423 Model S və Model X avtomobilləri geri çağırıldı.

Keçən həftə Tesla qabaqcıl sürücü dəstəyi sistemində (avtopilot) idarəetmə problemini həll etmək üçün 2,03 milyon avtomobili geri çağırıb.

Günel Məlikzadə
Fins.az