Türkiyə ilə İngiltərə arasında elektrikli avtomobil ticarəti ilə bağlı kritik imza atılıb.
Fins.az xəbər verir ki, Türkiyə Ticarət naziri Ömər Bolat X hesabında etdiyi şərhdə, Türkiyə ilə Böyük Britaniya arasında Azad Ticarət Sazişi çərçivəsində elektrikli nəqliyyat vasitələrinin ticarəti üçün nəzərdə tutulan mənşə asanlığının 2027-ci ilə qədər davam etdirilməsi üçün razılığın əldə edildiyini açıqladı.
Bolat bildirib ki, Türkiyənin elektrikli avtomobil ixracatı, çevik mənşə qaydaları ilə İngiltərəyə vergisiz ixrac edilməyə davam edəcək.
Bolat, "Danışıqlarımız nəticəsində, iki ölkənin ortaq qərarı ilə, elektrikli avtomobil ticarətində çevik qaydalar investisiyaların fasiləsiz davam etməsini və istehlakçıların məhsullara daha ucuz qiymətə çatmasını təmin edəcək. Müzakirələrimizi davam etdirəcəyik, ticarət müqavilələrimiz istehsalçı və ixracatçılarımızın xeyrinədir."
Günel Məlikzadə
Fins.az