AVTO

21 Dekabr

Lamborghini-nin yeni aktiv kamber texnologiyası inqilab edəcək

Yeni texnologiya Nürburqrinqdə tam 5 saniyəyə qənaət edə bilir.

Fins.az xəbər verir ki, Lamborghini yeni nəsil modellərində istifadə ediləcək inqilabi texnologiyasını təqdim etdi. İtalyan istehsalçısının "Active Wheel Hub" adlandırdığı bu sistem təkərlərin kamber bucağını tənzimləyərək yol tutuşunu artıra bilər.

Yeni sistem adaptiv işləyir və kamber bucağını yolun vəziyyətindən asılı olaraq +2,5 dərəcə və ya -5,5 dərəcəyə qədər tənzimləyə bilir. Bundan əlavə, texnologiya ön təkərləri 6,6 dərəcə içəri və ya çölə aça bilir.

Lamborghini bu yeni texnologiyanı hibrid və elektrik modellərində istifadə edəcəyi 400 voltluq infrastruktur sayəsində həyata keçirəcək. Sistem öz gücünü 48 voltluq elektrik mühərrikindən alacaq. Hubda yerləşən bu sistem birbaşa sürücü şaftına qoşulacaq.

Bəs sistem həqiqətən işləyirmi? Bəli! İstehsalçının məlumatlarına görə, bu sistemdən istifadə edən avtomobillər Nardoda təxminən 2,5 saniyə daha sürətli dövrə vurublar. Bu dəfə İmolada 2,2 saniyə təraş edildiyi halda, Nürburqrinqdə 5 saniyəlik üstünlük əldə edilib.

Hələ inkişaf mərhələsində olan texnologiyaya son toxunuşlar davam edir. Lamborghini əmindir ki, bu inqilabi texnologiya 12-18 ay ərzində yeni modellərdə istifadə olunmağa başlayacaq. Hətta onu Huracanı əvəz edəcək yeni superkar modelində də görə bilərik.

Günel Məlikzadə
Fins.az