Volkswagen qrupu Tesla-nın NACS konnektorundan (Şimali Amerika Doldurma Standartı) istifadə edəcək avtomobil istehsalçıları sırasına qoşulur.
Avtomobil bazarında elektrikləşdirmə işləri sürətlə davam edir. Bu günə qədər daxili yanma mühərrikləri ilə gündəmə gələn istehsalçıların əksəriyyəti tendensiyanı davam etdirərək bu dövrdə elektrikli nəqliyyat vasitələrini bazara çıxarsa da, uzunmüddətli perspektivdə qalıq yanacaqlardan istifadə edən modellərin istehsalına son qoymaq üçün qollarını sıvadılar. Təbii ki, bazarda elektriklə işləyən avtomobillərin sayının artması ilə enerji doldurma həlləri üzərində iş də diqqət mərkəzində olub. Nəhayət, Volkswagen qrupu Tesla-nın Tesla NACS konnektorundan istifadə edəcəyini açıqladı.
The Verge tərəfindən paylaşılan hesabata görə, Volkswagen qrupu da Teslanın NACS konnektorundan (Şimali Amerika Doldurma Standartı) istifadə edəcək avtomobil istehsalçılarına qoşulur. Şirkət bu yaxınlarda Tesla-nın Supercharger şəbəkəsinə daxil olmaq üçün mövcud elektrikli avtomobil sahibləri üçün adapter həllərini araşdırdığını və 2025-ci ilə qədər bu mövzuda əhəmiyyətli inkişafların baş verə biləcəyini söylədi.
Bundan əlavə, 2025-ci ildən etibarən istehsal olunacaq modellər birbaşa Tesla-ya uyğun şarj portları ilə istehsal xəttindən çıxacaq. Beləliklə, Volkswagen, Porsche və Audi kimi Volkswagen qrupu markalarında İlon Maskın Tesla imzasını görəcəyik.
Tesla park problemlərini həll etmək üçün 3D modelləşdirməyə müraciət edir. Artıq park edərkən parkı quş baxışı ilə görmək mümkün olacaq.
Günel Məlikzadə
Fins.az