Tesla ABŞ-da öz bazasında 2 milyon avtomobili geri çağırmağa başlayıb. Bu avtomobillərin hamısı avtomatik pilot sistemlərinə daha spesifik xəbərdarlıqlar verməyə imkan verən yeni yeniləmə alacaq. Bu qərar təbii olaraq Avropadakı Tesla istifadəçilərini narahat edirdi. Amma Avropada analoji vəziyyət olmayacaq.
Fins.az xəbər verir ki, Hollandiya Motorlu Nəqliyyat vasitələri Assosiasiyası RDW öz bəyanatında Avropanın bu geri çağırışdan təsirlənməyəcəyini açıqladı. RDW-dən verilən rəsmi açıqlamada Avropa və Amerikada Avtopilot proqram təminatı arasında fərqlərin olduğu qeyd edilib.
Tesla modelləri həm Avropada, həm də Amerikada "2-ci kateqoriya"dadır. RDW sözçülərinin açıqlamalarına görə, iki qitə arasında bu səviyyədə fərqlər var. Məsələn, Tesla öz modellərinin Avropaya daxil olması üçün "sürücü izləmə sistemlərini gücləndirməlidir". Bu, sürücülərin Avtopilot sistemindən sui-istifadə etməsinin qarşısını alır. Sözçülər Teslanın avtonom texnologiyalarının Aİ standartları çərçivəsində uğurlu olduğunu bildirirlər.
Günel Məlikzadə
Fins.az