AVTO

15 Dekabr

Tofaş-da istehsalda müvəqqəti fasilə

Tofaş Türk Avtomobil Zavodu istehsalı müvəqqəti dayandıracaq.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, şirkətin İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) verdiyi açıqlamaya görə, işçi və işəgötürən həmkarlar ittifaqı arasında kollektiv danışıqların davam etdiyi dövrdə istehsal yanvarın 14-də yenidən başlayacaq.

Açıqlamada, "Şirkətimizin Bursa fabrikində il sonu inventar sayılması və istehsal xətlərində aparılacaq planlı təmir işləri ilə əlaqədar olaraq, 27 dekabr 2023-cü il və 14 yanvar 2024-cü il tarixləri arasında istehsal müvəqqəti olaraq dayandırılacaq. Fabrikimiz bazar ertəsi, 15 yanvar 2024-cü ildə istehsala başlayacaq” ifadələrdən istifadə edilmişdir.

Günel Məlikzadə
Fins.az