AVTO

14 Dekabr

BYD Yuan UP Teslanı devirə bilərmi?

Tesla ən azı bir müddət dünyada ən çox satılan EV markasıdır. Dünyada hər altı nəfərdən birinin yaşadığı Çində işlər bir qədər mürəkkəbdir. Çünki BYD ilin üçüncü rübündə Tesla-dan cəmi 3000 az avtomobil sataraq taxt-taca göz dikdiyini ictimaiyyətə təqdim etmişdi.

Fins.az xəbər verir ki, markanın yaxın zamanlarda fərqli qiymət qruplarında yeni modelləri təqdim etməsi onun bu rəqabətdə daha da güclənəcəyi deməkdir. Xüsusilə qarşımızda olan BYD Yuan UP modeli böyük nailiyyətlər əldə edə bilər.

Yuan UP çox yığcam avtomobildir, uzunluğu 4,3 metrdir. Tək mühərriklə təchiz edilən model 94 at gücü və ya 176 at gücü təklif edir.

Ən əsası isə əlimizdə olan model markanın ən çox satılan modeli Dolphin ilə eyni infrastruktura malikdir. SUV kuzov tipi ilə markanın model sırasına yeni nəfəs gətirəcək Yuan UP, təbii ki, daha qəliblənmiş Model 3 və Model Y üçün birbaşa rəqib deyil.

Günel Məlikzadə
Fins.az