BMW-nin performans qanadı alman rəqibi Mercedes-AMG-nin yolu ilə getməyəcək. Uzun müddətdir mühərrik həcmini azaldan AMG-dən fərqli olaraq, BMW M mühərrik həcmini saxlamaq istəyir. Elektrikli avtomobillərə keçid prosesində olsa da, M komandası daxili yanma variantlarında inline 6 və V8 mühərriklərindən istifadə etməyə davam edəcək.
Fins.az xəbər verir ki, bu barədə bu günlərdə CarExpert komandasına danışan BMW M-nin rəhbəri Frank van Meel bildirib. Van Meel "batareya ilə işləyən kiçik həcmli mühərriklər" haqqında fikirlərini soruşduqda, bu quraşdırmanın onlar üçün "doğru yol" olmadığını söylədi.
"Hazırda bunun doğru yol olmadığını düşünürük, çünki həqiqətən güclü mühərrik çeşidimiz var. Məndən soruşsanız, böyük akkumulyatorlarla birləşdirilmiş kiçik həcmli daxili yanma mühərrikləri bizim üçün doğru yol deyil. Bizim üçün növbəti addım bu olacaq. birbaşa elektrik enerjisinə keçmək. Bunun üçün münasib vaxtı gözləyəcəyik".
Təbii ki, bu açıqlama ağıllara yalnız bir sual gətirir: “M loqosu olan EV-lər nə vaxt gələcək?” EV texnologiyasının hələ istədikləri səviyyəyə çatmadığını bildirən Van Meel dəqiq cavab verə bilmir. Çünki icraçının sözlərinə görə, hazırda “dayanıqlı performans” göstərə biləcək yüksək güclü EV istehsal etmək mümkün deyil.
Günel Məlikzadə
Fins.az