AVTO

08 Dekabr

Məhəllənin yeni titanı: Fiat Titano!

Hazırda brendlər bir-biri ilə tərəfdaşlıq edərək xərcləri azaltmağa çalışırlar. Bu səbəbdən də ətrafımızda davamlı olaraq eyni əsaslı, lakin fərqli nişanlara malik olan və “nişan mühəndisliyi” dediyimiz modelləri görürük. Həmin modellərdən daha biri budur.

Fins.az xarici KİV-ə istinadən xəbər verir ki, Titano Fiatın yeni modeli Strada kimi Cənubi Amerikaya eksklüziv olaraq təqdim edildi. Yunan mifologiyasına görə adlandırılan Titano, Reyncerlə rəqabət aparmağı hədəfləyir. Modelin əsası Peugeot Landtrek-ə məxsusdur.

Landtrek öz mənşəyini Changan Automobile və PSA ilə birgə istehsal edilən Çin Changan Kaicene F70-dən götürür. Bu, əslində Titanonu birbaşa Çinlə birləşdirir. Kaicene F70 2019-cu ildən fərqli loqolarla müxtəlif bölgələrdə satışdadır.

Titano artıq rəsmi olaraq Əlcəzairdə satışa çıxarılan Titano 1,9 litrlik dizel mühərriki ilə gələcək. 150 at gücü və 350 Nm fırlanma anı hasil edə bilən bu mühərrik 6 pilləli mexaniki sürət qutusu ilə birləşdirilib. Cənubi Amerikada bu aqreqatın 2,2 litrlik versiya ilə əvəzlənməsi gözlənilir.

Əlcəzairdə satışa çıxarılan model 4x2 Single Cab və 4x4 Double Cab variantlarında mövcuddur. Cənubi Amerikada yalnız 4 qapılı versiyada satışa çıxarılacaq.

Günel Məlikzadə
Fins.az