AVTO

08 Dekabr

Lamborghini işçiləri 4 gün işləyəcək

İşçilərin populyar tələbi ilə Lamborghini istehsalat işçiləri üçün həftədə 4 iş gününə keçməyə qərar verdi. Böyük Britaniya və Belçika başda olmaqla bir çox şirkətin bu sistemə üz tutmasının ən bariz səbəbi nəqliyyat xərclərini və dolayıyolla hava çirkliliyini azaltmaqdır.

Fins.az xəbər verir ki, Lamborghini-nin bu qərarı avtomobil sənayesi üçün bir ilk olsa da, İtaliyada müxtəlif sahələrdən bir çox şirkət bu yaxınlarda 4 günlük işləmək qərarını açıqladı. 

İngiltərədə bəzi hallarda iş gününü azaltmağa və gündəlik iş saatlarını artırmağa çalışan şirkətlər bu qərarın daha mənfi olduğunu anlayıb və imtina ediblər.

Lamborghini tərəfindən yeni tətbiq edilən sistemə görə, səhər və axşam iki növbəli sistemlə işləyən işçilər ildə 22 gün daha az işləyəcəklər. Səhər-axşam-gecə üçlü dövriyyə ilə işləyənlər ildə 31 gün az işləyəcəklər.

İtalyan istehsalçısının yeni iş saatları sistemi Volkswagen Qrupunun 500 yeni işçi işə götürəcəyini açıqladığı böyük qərarın bir hissəsidir. Digər maddələrdən birinə görə, işçilərə ödənilən mükafatlar 50% artırılacaq və hər bir işçi bu ay 1000 avro yüksəliş alacaq.

Günel Məlikzadə
Fins.az