AVTO

10 Dekabr

Avtomobil sənayesi noyabrda 3,2 milyard dollar ixrac edib - TÜRKİYƏ

Uludağ Avtomobil Sənayesi İxracatçıları Birliyindən (OİB) edilən açıqlamaya görə, Türk avtomobil sənayesinin noyabr ayı ixracatı bir əvvəlki ilin eyni ayına görə 10,4% artaraq 3 milyard 172 milyon 87 min dollara çatıb.

Fins.az xəbər verir ki, Türkiyənin ixracatında birinci yerdə olan sənayenin sektorlar arasında payı 13,8% oldu.

Avtomobil sənayesinin 2023-cü ilin yanvar-noyabr aylarında xarici satışları 14% artaraq 31 milyard 831 milyon dollara çatıb.

Noyabr ayında ən çox xarici satış 1 milyard 239 milyon dollarla "təchizat sənayesi" məhsul qrupunda edildi.

“Sərnişin avtomobilləri” ixracı 12 faiz artaraq 949 milyon dollara, “yük daşımaq üçün avtomobillər” ixracı 499 milyon dollara, “traktor” ixracı 175 milyon dollara, “avtobus-mikroavtobus-midibus” ixracı 271 milyon dollara, 31 faiz artım.

Günel Məlikzadə
Fins.az