AVTO

07 Dekabr

Renault 2027-ci ilə qədər Bursadakı fabrikində dörd yeni model istehsal edəcək

Fransız avtomobil şirkəti Renault Bursadakı fabrikində 2027-ci ilə qədər avtomobil başına istehsal xərclərini azaltmağı və dörd yeni model istehsal etməyi planlaşdırdığını açıqladı.

Fins.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkət 2027-ci ilə qədər daxili yanma mühərrikli avtomobillər üçün avtomobil başına istehsal xərclərini 30 faiz, elektrik avtomobilləri üçün isə 50 faiz azaltmağı hədəfləyir.

Renault-nun strateji əməkdaşlıq tərəfdaşları Nissan və Mitsubishi həftənin əvvəlində verdikləri bəyanatda Renault-nun elektrik avtomobili Ampere-ə sərmayə qoymağı və ondan Avropa bazarı üçün elektrikli avtomobillərin inkişafı üçün istifadə etməyi planlaşdırdıqlarını təsdiqləyiblər.

Günel Məlikzadə
Fins.az