Swift Suzuki-nin məhsul çeşidinin ən vacib modellərindən biridir. Xüsusilə Avropada əhəmiyyətli satış rəqəmlərinə çatan modelin yeni nəsli bir müddətdir maraqla gözlənilirdi. Konsept formasını ilk dəfə gördüyümüz model nəhayət rəsmi olaraq təqdim edildi.
Fins.az xəbər verir ki, ilk baxışdan yeni nəsil modelin indiki Swift ilə oxşar cəhətlərini görə bilərsiniz. Lakin yapon mühəndisləri bu oxşarlıqları modernləşdirərək Swift-i daha qəşəng hala gətirdilər. Yalnız 5 qapılı versiyada satışı davam edəcək model, standart olaraq LED far dəstlərini də təqdim edəcək.
16 düymlük alüminium disklər seçim siyahısında öz yerini tapıb.
Günel Məlikzadə
Fins.az