Yeni Panamera ilə keçən həftə tanış olduq və indi istehsal xəttindən çıxan 2 milyonuncu Porsche-ni qeyd edirik və bu avtomobil Panameradır. Leypsiqdə istehsal olunan Madeira Gold Metallic rəngli avtomobil Dubayda sahibinə yollanır.
Fins.az xəbər verir ki, Porsche-nin 2 fabriki var. Ştutqartdakı əsas fabrikdən sonra Leypsiqdə qurulan bu fabrikin Panamera istehsal xətti kifayət qədər əhəmiyyətlidir. Bu modelin hər bir nümunəsi 2009-cu ildən burada istehsal olunduğu üçün Panamera "əsl Leypsiq" adını daşıyır.
2016-cı ildə Panamera-nın ikinci nəslinin təqdimatı ilə fabrikdə ciddi bir genişləndirmə layihəsi tamamlandı və öz karoser istehsal xəttinə sahib olan Leypsiq fabriki də eyni tarixdə öz boya hovuzlarına sahib oldu.
Fabrikin böyüməsi rayonda ümumilikdə 4400 yerli sakinin işlə təmin olunmasına şərait yaradıb və zamanla o, elektrik modelləri mərkəzinə çevrilib. Bu gün Porsche ; Bu fabrikdəki imkanlarla daxili yanma, hibrid və elektrik aqreqatlarının istehsalı üzərində işləyir.
Günel Məlikzadə
Fins.az