AVTO

22 Noyabr

Avropa İttifaqının avtomobil bazarı HESABATI

Avropa İttifaqının avtomobil bazarı oktyabr ayında böyüməyə davam etdi. Bazarda ümumilikdə 1 039 253 avtomobil satılıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 14,1 faiz artım deməkdir.

Fins.az xarici KİV-ə istinadən xəbər verir ki, artım mühüm bazarların ikirəqəmli faizlərə çatması ilə bağlıdır. Məsələn, Fransada 21,9 faiz, İtaliyada 20 faiz, İspaniyada 18,1 faiz artım müşahidə olunur. Avropa avtomobil sənayesinin onurğa sütunu olan Almaniya isə 4,9 faizlik artımla ilişib qalıb.

Oktyabr ayında satışlarını ən çox artıran markalardan biri də Tesla-dır. Ötən ilin eyni dövrü ilə müqayisədə 209% artım yaşayan elektrikli avtomobil istehsalçısını 90% artımla Jaguar izlədi. Bürünc medal 76,9 faiz artımla Smarta məxsusdur.

Günel Məlikzadə
Fins.az