AVTO

22 Noyabr

Ford akkumulyator fabrikinin tutumunu azaldıb

Ford tərəfindən edilən şərhdə, şirkətin elektrikli avtomobillər üçün uzunmüddətli strategiya ilə bağlı optimist qaldığı, lakin bəzi investisiyaları yenidən təşkil etdiyi ifadə edildi.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Fordun akkumulyator fabriki layihəsində irəliləyiş əldə etdiyi, lakin "böyümə və gəlirliliyi tarazlayaraq sərmayəni düzgün şəkildə ölçdüyü" ifadə edildi.

Bu qaydalar çərçivəsində obyektin artıq 20 gigavat istehsal gücünə malik olacağı və 1700 nəfəri işlə təmin edəcəyi bildirilib.

Açıqlamada fabrikin 2026-cı ilə qədər litium dəmir fosfat (LFP) akkumulyator hüceyrələrinin istehsalına başlamasının planlaşdırıldığı qeyd edilib.

Günel Məlikzadə
Fins.az