AVTO

25 Noyabr

Aİ-də avtomobil satışları artıb

Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) oktyabr ayı üçün Aİ ölkələrinin yeni avtomobil qeydiyyat məlumatlarını açıqlayıb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Aİ ölkələrində yeni avtomobil satışları keçən ay 2022-ci ilin eyni dövrü ilə müqayisədə 14,6% artaraq 855 min 484-ə çatıb.

Birliyə üzv ölkələrdə yeni nəqliyyat vasitələrinin qeydiyyatı 2023-cü ilin yanvar-oktyabr aylarında keçən ilin eyni dövrü ilə müqayisədə 16,7% artaraq 8 milyon 795 min 16-ya çatıb.

Oktyabr ayında Aİ ölkələrində satılan yeni avtomobillərin 33,4 faizi benzin, 28,6 faizi hibrid, 14,2 faizi elektrik, 12 faizi dizel, 8,4 faizi plug-in hibrid və 3,4 faizi isə plug-in hibrid olub. 

Elektrikli avtomobil satışları oktyabr ayında keçən ilin eyni dövrünə görə 36,3% artaraq 121 min 808 ədədə çatıb.

Günel Məlikzadə
Fins.az