Hindistan Tesla ilə öz avtomobillərini gələn ildən etibarən ölkəyə göndərməyə və iki il ərzində fabrik qurmağa imkan verəcək sövdələşməyə yaxın görünür.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki,İrazılaşmanın yanvarda keçiriləcək Canlı Qucarat Qlobal Sammitində elan edilməsi planlaşdırılır.
Xəbərdə danışan mənbələrdən biri Hindistanın baş naziri Narendra Modinin məmləkəti olan Qucarat, Maharaştra və Tamil Nadu əyalətlərinin elektriklə işləyən avtomobillər və ixracat üçün yaxşı qurulmuş ekosistemlərə malik olduqları üçün qiymətləndirildiyini bildirib.
Xəbərə görə, Tesla ölkədəki fabrik sərmayəsi üçün minimum 2 milyard dollar investisiya etməyi planlaşdırarkən, ölkədən avtomobil hissələri alışını 15 milyard dollara qədər artıra biləcək.
Xəbərdə danışan mənbələrdən biri də ABŞ avtomobil istehsalçısının xərcləri azaltmaq üçün Hindistanda bəzi akkumulyatorlar istehsal etməyə çalışacağını bildirib.
Bloomberg-ə danışan mənbələr sövdələşmə ilə bağlı yekun qərarın verilmədiyini və planların dəyişə biləcəyini bildirib. Teslanın rəhbəri İlon Mask iyun ayında Teslanın Hindistana "əhəmiyyətli sərmayə qoymağı" planlaşdırdığını və 2024-cü ildə səfər etməyi düşündüyünü söylədi.
Modi hökuməti bir müddətdir ki, elektrik avtomobillərinin yerli istehsalını artırmaq və daha təmiz nəqliyyatın daha sürətli mənimsənilməsini təşviq etmək üçün siyasətlər hazırlayır.
Günel Məlikzadə
Fins.az