AVTO

20 Noyabr

Çin SUV M-Hero 917 Türkiyəyə gəlir

Bu yaxınlarda bir çox Çin avtomobil istehsalçısı Avropa bazarına çıxmağa başlayıb. Nəhayət, Dongfeng çətiri altında olan digər model Mengshi M-Hero 917 yanvar ayında satışa çıxarılacaq.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki,  sözügedən modelin istehsalına ötən ilin aprelində Çində başlanılıb. Dongfeng, o zaman başlanğıc qiymətinin 100 min dollar olduğu açıqlanan modelin ildə 1500 ədəd satmağı planlaşdırdıqlarını söylədi.

Çəkisi 3 tondan çox olan avtomobilin 100 faiz elektrik variantı Türkiyəyə gələcək və avtomobilin dörd mühərriki var. Mühərriklərin hər biri ayrı təkərlərə inteqrasiya olunub. Mühərriklər cəmi 1088 at gücü və 1400 Nm fırlanma anı hasil edir.

Mengshi M-Hero 917 142,7 kVt/saat tutumlu akkumulyatora malikdir. Söz mövzusu Çin akkumulyator nəhəngi CATL tərəfindən istehsal edilən akkumulyatorla vasitə 450 km menzil təqdim edir.

Xaricə 100 min dollara satılacaq avtomobilin Türkiyə qiyməti hələ açıqlanmayıb.

Günel Məlikzadə
Fins.az