AVTO

19 Noyabr

Avtomobil bazarında balanslar dəyişir!

İstanbula minlərlə yeni maşın gətirildi.

Fins.az CNN-ə istinadən xəbər verir ki, İstanbulun Haydarpaşa Limanına gəmilər tərəfindən gətirilən minlərlə yeni avtomobilin havadan görüntüləri maraqlı görüntülər yaradıb. Bu fikir Türkiyədə cari açığa səbəb olan maddələrdən biri kimi şərh edilib.

Burada öz marka və modellərinə uyğun park edilmiş avtomobillər bir müddət sonra satışa çıxarılmaq üçün salonlara göndərilir. 

Görüntülərdə bəzi nəqliyyat vasitələrinin gəmilərdən boşaldıldığı və dayanacaqlarda düzülməyə davam etdiyi görünür.

Günel Məlikzadə
Fins.az