AVTO

18 Noyabr

Togg oktyabr ayında zirvəni ələ keçirib

Avtomobil Distribyutorları və Mobility Assosiasiyası oktyabr ayı məlumatlarını və satış rəqəmlərini açıqladı. Yenə də ən çox diqqət etdiyimiz elektrik avtomobilləri oldu. Ölkəmizə hər gün yeni bir elektrik markası və yeni model daxil olduğu üçün satış rəqəmləri artmaqda davam edir.  

Fins.az xarici KİV-ə istinadən xəbər verir ki, 2023-cü ilin 10 aylıq dövründə 48 min 883 tam elektrikli model satıldı və bazar payı 6,5-ə yüksəldi. Keçən il 10 ayda cəmi 4 min 939 elektrikli avtomobil satılıb.  

Oktyabr ayına gəldikdə, Togg siyahının zirvəsini tutur. Oktyabr ayında 3 min 567 satışa çatan Togg T10X V2, cəmi 9 min 171 ədəd satışla ikinci yerdədir. Sentyabr ayını 4700 ədəd satışla lider olaraq tamamlayan Tesla oktyabrda siyahıda 5-ci yerə düşüb.  

Günel Məlikzadə
Fins.az