Tesla-nın Berlin yaxınlığındakı Grünheide fabrikində 25 min avro dəyərində elektrik avtomobilləri istehsal edəcəyini bildirib.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, istehsalın nə vaxt başlanacağı ilə bağlı məlumat verilməyib. Tesla-nın baş direktoru Elon Musk Berlin yaxınlığındakı Qrünheidedəki Tesla zavodunu ziyarət edib. Buradakı görüşdə Mask 25 min avro dəyərində avtomobil istehsal etmək planından danışıb.
Musk 2020-ci ildə verdiyi açıqlamada Teslanın yeni inkişaf etdirdiyi akkumulyator sayəsində üç il ərzində 25.000 dollara satılacaq avtomobil istehsal edəcəyini açıqlayıb. Tesla-nın elektrikli nəqliyyat vasitələrini daha geniş kütlə üçün əlçatan etmək bacarığı, 2030-cu ildə 20 milyon avtomobil çatdırmaq məqsədi üçün vacibdir.
Bununla belə, iqtisadiyyatlardakı yavaşlama və yüksək faiz dərəcələri elektrikli avtomobillərə olan tələbi vurub və Tesla və bir çox digər markaların son aylarda satışları artırmaq üçün qiymətləri aşağı salmasına səbəb olub.Tesla Almaniyada ucuz avtomobillər istehsal etməyə başlayacaq.
Günel Məlikzadə
Fins.az