AVTO

02 Noyabr

ABŞ-da avtomobil  istehsalçısına qarşı keçirilən tətilin maliyyəti 10 milyon dolları keçib

Miçiqanda yerləşən iqtisadi məsləhət firması Anderson Economic Group (AEG) Birləşmiş  Avtomobil İşçiləri  Həmkarlar İttifaqına bağlı işçilərin General Motors (GM), Ford və Stellantis-ə qarşı başlatdıqları "Stand Up" adlı tətillə bağlı son təhlilini paylaşıb.

Fins.az AEG-nin açıqlamasına istinadən xəbər verir ki, avtomobil işçilərinin tətilinin birbaşa xərcinin 6 həftədə 10,4 milyard dollara çatdığı təxmin edilib.

Bildirilib ki, bu xərcin təxminən 650 milyon dolları əmək haqqı itkisi, 4,3 milyard dolları istehsalçı zərəri, 3,3 milyard dolları təchizatçı itkisi, 2 milyard dolları isə diler, müştəri və digər zərərlərdən ibarət olub.

Açıqlamada, həmkarlar ittifaqının 3 avtomobil istehsalçısı ilə müvəqqəti razılaşma əldə etməsindən əvvəl işdən çıxarılan işçilərin sayının 56 mini keçdiyi bildirilib.

Günel Məlikzadə
Fins.az