Togg oktyabr satış performansında Tesla-ya yaxınlaşıb.
Fins.az Avtomobil Distribyutorları və Mobility Assosiasiyasının (ODMD) məlumatlarına istinadən xəbər verir ki, oktyabr ayında 500 Tesla satılıb. Eyni məlumat setinə görə, Togg satışları 3 min 567 olaraq qeyd edilib.
Ancaq bütün ilə baxdığımızda Tesla oktyabr ayı etibarilə Toggdan daha çox satışa edib. ODMD məlumatlarına görə, 2023-cü ilin oktyabr ayı etibarilə Tesla-da 10 min 700 satış olub. Togg-da isə 9 min 171.
Ümumilikdə elektrikli avtomobil bazarına baxdığımızda oktyabr ayında çox sürətli bir artım olduğu görülüb. Məlumatlara görə, elektrikli vasitə satışları oktyabr ayında 10 qat artaraq 9 min 832 olub. Oktyabr ayında elektrikli vasitə satışlarının payı 11,9% artıb.
Yanvar-oktyabr dövrünə baxıldığında, elektrikli vasitə satışlarının 9 qat artaraq 48 min 883-ə yüksəldiyi görülüb. Bu dövrdə elektrik nəqliyyat vasitələrinin ümumi satışlardakı payı 6,5 faiz olaraq qeydə alınıb.
Yanvar-oktyabr dövrünə nəzər salsaq, Türkiyədə elektrikli avtomobil bazarında Teslanın payı 22%, Toqqun payı isə 19% olub.
Günel Məlikzadə
Fins.az