AVTO

31 Oktyabr

ABŞ-da tətil edən işçilərdən GM ilə müvəqqəti razılaşma

Həmkarlar ittifaqı tərəfindən edilən açıqlamada GM ilə avtomobil işçiləri üçün "rekord iqtisadi qazanc" təmin edən tarixi aralıq razılaşmanın əldə edildiyi bildirilib.

Fins.az açıqlamaya istinadən xəbər verir ki,  Ford və Stellantis ilə razılaşmalar kimi, GM ilə razılaşmanın da "rekord mənfəəti rekord müqaviləyə çevirdiyi" və bunun GM işçilərinin son 22 ildə əldə etdikləri baza maaş artımından daha çoxunu təmin etdiyi ifadə edilib.

Açıqlamada bildirilib ki, saziş 2028-ci ilin aprel ayına qədər baza əmək haqqının 25 faiz artırılmasını nəzərdə tutub.

Açıqlamada bir çox insanın GM-in yüz minlərlə təqaüdçüsü üçün heç vaxt daha çox vəsait ayırmayacağını düşündüyü, lakin razılaşma ilə GM-nin hazırkı təqaüdçülərə və sağ qalan həyat yoldaşlarına 500 dollar məbləğində 5 ödəniş etməyi qəbul etdiyi qeyd edilib.

Açıqlamada, GM işçilərinin sözügedən razılaşmanın təsdiqləmə prosesindən keçdiyi müddətdə işlərinə qayıdacaqları bildirilib.

Günel Məlikzadə
Fins.az